Dövlət İmtahan Mərkəzi (DİM) kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Mərkəzdən unikal.org-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.

Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.