Bu gün səhər saatlarından nahar fasiləsinə qədər "Təmiz hava aylığı çərçivəsində Bakının "Ekologiya postunda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.
V.Əsədovun sözlərinə görə, ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər "Ekologiya postunda 160 avtomobilə protokol tərtib edilib.
Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava aylığı keçirir.
Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.