Bakıda qeyri-adi sosial test keçirilib.
Unikal.org "Baku.wsə istinadən xəbər verir ki, sosial testin videosu "Alles Pro "Youtube kanalında yerləşdirilib.
Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və "ehtiyacın varsa, götür, yoxdursa, gətir yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.
Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürürlər.
Məlum olub ki, pul götürənlərin sayı daha çoxdur. Onlardan bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyiblər.