Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinin sayı 16, şagirdlərinin sayı isə 5849-dur.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xüsusi məktəblərin sayı 6, orada təhsil alanlar 3237, xüsusi internat məktəblərinin sayı 10, təhsil alanların sayı isə 2612-dir.

Bu məktəblərdən 8-i əqli zəif olan uşaqlar üçündür. Həmin məktəblərdə 3685 şagird təhsil alır. Gözdən əlillər üçün 2 (319 şagird), karlar və lallar üçün 1 (643 şagird), zəif eşidən və sonradan kar olanlar üçün 1 (174 şagird), poliomielit və serabral iflicli uşaqlar üçün 1 (135 şagird), nitq qüsurlu uşaqlar üçün 2 (524 şagird) və s. xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün 1 (369 şagird) məktəb fəaliyyət göstərir.

Bundan əlavə, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilmiş siniflərdə 528 şagird təhsil alır.