Çoxları elə düşünür ki, qucaqlaşmaq yalnız daxili hisslərin, mehriban münasibətin, sevgi və istək duyğularının təzahürüdür. Amma hamı üçün xoş olan bu prosesin bilmədiyimiz başqa tərəfləri də var. Alimlərin ciddi və uzun müddətli tədqiqatları sübut edib ki, qucaqlaşmaq bir çox xəstəliklər üçün təbii müalicə vasitəsidir.
Unikal.org modern.az-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.
Amerikalı həkimlər öz xəstələrinə tez-tez belə bir resept yazırlar: "Gündə 4-5 dəfədən az olmamaq şərtilə qucaqlaşmaq. Bizim üçün qeyri-adi görünən bu cür həkim göstərişi nə deməkdir? Qucaqlaşmaq orqanizmə necə təsir göstərir və insan sağlamlığı üçün hansı faydaları var?
1. Qucaqlaşmaq insanın fiziki və psixoloji vəziyyətinin yaxşılaşmasına kömək edir.
2. Bu proses endorfin hormonunu artırır. Xoşbəxtlik hormonu adlandırdığımız endorfin insanın özünü xöşbəxt və sevincli hiss etməsinə səbəb olur, əhvala olduqca müsbət təsir göstərir.
3. Qan təzyiqini aşağı salır, ürək xəstəliklərinə tutulma riskini azaldır.
4. Stressi aradan qaldırır, depressiyaya qarşı mübarizə aparır.
5. Yuxunu normallaşdırır.
6. Orqanizmi vaxtsız qocalma kimi təhlükədən xilas edir.
7. İmmun sistemini gücləndirir.
8. Hemoqlobinin miqdarını artırır.
9. Bədbinliyə qapılmış insanda özünə inam hissini bərpa edir.
10. Sinir sisteminin fəaliyyətini normallaşdırır.
Belə qənaətə gəlmək olar ki, həkimlərin və psixoloqların məsləhətlərinə əməl edib qucaqlaşmağa vaxt ayırmağa dəyər. Sevdiklərinizi və doğmalarınızı tez-tez qucaqlayın, həm özünüzün, həm də onların ömrünü bu təbii vasitə ilə uzadın.