Neymarın transferinin dəqiqləşməsindən sonra PSJ klubunun Parisdə olan iki satış mağazasında dünən yeni formalar satışa çıxarılıb.
Unikal.org bildirir ki, Şanzelize bulvarındakı klub satış mağazasında sonu görünməyən növbə meydana gəlib və oyunçunun 100 avroya satılan 10 nömrəli yeni forması 6 saat içində tükəib.
Fransa mətubatı onu da bildirib ki, Şanzelize və "Parc des Princes" stadionunda olan iki mağazaya bir gündə 15 min fanatın forma almaq üçün gəlməsi bu sahədə tarixi rekord qırılmasına səbəb olub.
Səhər saatlarında başlayan satışların günortadan sonra ehtiyatların bitməsiylə sona çatdığı, formadan bir gündə cəmi 10 min ədəd satıldığı bildirilib. Klub rəsmiləri yeni satışlarda artıq bir adama tək forma satma qərarı alıb.