Ödəmə terminalları yeni pullardan fərqli olaraq, köhnə əskinazları qəbul etmir. Bəs, buna səbəb nədir?
Unikal.org bildirir ki, ARB TV mövzu ilə bağlı reportaj hazırlayıb.
Sakinlərin bir çoxu bu haldan şikayətçidirlər.
İbrahim Ələkbərov - sakin: "Vaxtımızı aparır. Eyni terminala gedirik götürmür, gedirik başqasına".
Sakin: "Əzik pulu öyrədiblər, belə edib salırlar. Amma mən 3 dəfə cırıq pul salmışam, götürməyib".
Fazil Paşayev - Azad İstehlakçılar İB-nin eksperti: "Təzəni də qaytarır. Görürsən ki, təzədir, amma aparat geri qaytarır. İstər-istəməz istehlakçının əsəblərini gərginləşdirir. Axırıncı puludur, ora qoyur, başqası yoxdur. Salır, qaytarır. Özü də əsəbiləşir, növbə də yaranır".
Ödəmə terminallarına aid saytlarda qurğuların köhnə pulları götürməməsinə aid qeyd var. Amma söhbət qüsursuz əskinazlardan gedirsə...
Nicat Alışov - Ödəmə terminalı operatoru: "Çox güman ki, terminalda yaranan texniki problem səbəbindən əskinazı qəbul etmir. Digər terminallardan cəhd edilməlidir. Bacardığımız qədər aradan qaldırırıq çətinlikləri".
Belə nöqsanlı ödəmə terminalları ilə qarşılaşanlar qəbzlərdə qeyd olunan qaynar xəttlərlə əlaqə yarada bilər.