Tədqiqatçılar masa arxasında işləyənlərin digərlərinə nisbətən qısa ömür sürdüyünü iddia edir.
Unikal.org bildirir ki, müntəzəm olaraq masa arxasında işləyənlərin digərləri ilə müqayisədə 40% daha az yaşadığı ortaya çıxıb.
Bir neçə dəqiqə sərf etməklə problemdən qurtulmaq mümkündür.
Əl sinirləri və qollarınıza gedən qan dövranını sürətləndirin:
Bədənin ən həssas sinirləri barmaqlarınızda olduğu üçün hərəkətlərə əllərdən başlayın. Barmaqlarınızı bir-birinə keçirərək kürəyinizi masaya dayayaraq qollarınızı ətrafa doğru açın. Bir-birinə sıxdığınız barmaqları açmadan ayağa qalxaraq qollarınızı yuxarıya doğru hərəkət etdirin. Qollarınızı başınızın arxasına keçirərək tavana baxacaq şəkildə 10-15 saniyə ərzində saxlayın.
Boyun və kürək əzələlərini hərəkət etdirin:
Boyun və kürəyinizdəki ağrını aradan qaldırmaq üçün çiyinlərinizi yuxarıya doğru qaldıraraq 10-15 saniyə ərzində hərəkət etdirin.
Boyun və beldəki ağrıları aradan qaldırmaq üçün ayağa qalxaraq çiyinlərinizi yuxarıya doğru hərəkət etdirin. Boynunuzu dairəvi şəkildə 10-15 saniyə hərəkət etdirin.