İyulun 26-da Bakıda itkin düşmüş şəxs xəstəxanada tapılıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, ailə üzvləri tərəfindən itkin kimi axtarışa verilmiş İqbal Səmədov müraciətdən bir həftə sonra Kliniki Tibbi Mərkəzdə tapılıb.

Məlum olub ki, İ.Səmədov yol qəzasında xəsarət alıb və təcili yardım maşını ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırılır.