Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.
Mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunÂması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiÂqaməÂtindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşÂdirdiyi milli sərhəd strateÂgiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühaÂfiÂzəsinin ən müasir tələblər səviyyəsinə qaldırılÂması xüsusi qeyd edilÂmişdir. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədÂlərimizi şərəflə qorumaq məsuliyÂyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqÂlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirmiş, onlara müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb
Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliÂyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik еdərək vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.