Mingəçevir şəhərində intihara cəhd faktı qeydə alınıb.
Unikakl.org apa-ya istinadən xəbər verir ki, şəhərin mərkəzində küçədə naməlum səbəbdən əsəbiləşən Ağdam rayonundan olan məcburi köçkün, 1995-ci il təvəllüdlü Mirzəyev Ziyad Ələddin oğlu cibindəki bıçaqla qarın nahiyəsinə bıçaqla bir neçə dəfə zərbə endirib. Sonra Ziyad Mirzəyev ülgüclə qarın və qol nahiyələrini kəsib. Yaralı təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.