Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unika.org-a verilən məlumata görə, avqustun 5-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi "Lexus markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.