Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən unikal.org-a verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.

Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabına yazılacaq. 

Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.