Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) Unikal.org-a verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan | Rus | Bölmələr | |||
Dövlət (ödənişsiz) | 4279 | 3924 | 191 | 4115 | 96.17 |
Dövlət (ödənişli) | 5063 | 4098 | 141 | 4239 | 83.73 |
Özəl | 1125 | 631 | 18 | 649 | 57.69 |
Cəmi | 10467 | 8653 | 350 | 9003 | 86.01 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.