Bakının "Əhmədli" metro stansiyasının yaxınlığında yerləşən brend mağazalardan biri bu gün bütün mallara 70% endirim elan edib, lakin "qüvvə"sini düzgün hesablaya bilməyib.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, mağazanın qapısına xeyli adamın toplaşmasına baxmayaraq, alıcılar içəri buraxılmır. Ticarət nöqtəsinin əməkdaşı "işıq yanmır" bəhanəsi ilə satış salonuna aparan eskalatorun üstündə dayanaraq, heç kimin yuxarı keçməsinə imkan vermirdi.

Maraqlıdır ki, ətrafdakı mağazalarda işıq var idi və bununla bağlı heç bir problem gözə dəymirdi. "Enerji problemi" isə yalnız həmin ətrafda olan ən bahalı mağazalardan birinə sirayət edib.

Daha sonra alıcılar mağazaya buraxılıb.

Əməkdaşımızın bildirdiyinə görə, "işıq problemi" həllini tapıb.

Bir neçə dəqiqə əvvəl alıcılar mağazaya buraxılıb.

Əməkdaşımızın bildirdiyinə görə, "işıq problemi" həllini tapıb.

Bakıda mağaza 70% endirim elan etdi, müştəriləri içəri buraxmadı - FOTO