Bakıda dayənin uşağa qarşı etdiyi rəftarı kameraya düşüb.

Unikal.org xəbər verir ki, bu barədə ev sahibi baku.ws-yə məlumat və video göndərib.

Qeyd olunur ki, Biləcəridə yaşayan dayə Qluxova Yelena Anatoleyvna azyaşlını özbaşına evdə buraxaraq mətbəxdə divanda oturub çay içir.

Bundan başqa, videoda görünür ki, dayə uşağa qarşı çox laqeyd yanaşır. Körpə qışqırsa da, ağlasa da, dayə öz işi ilə məşğuldur, fikir vermir.

Bildirilir ki, dayə evdə kameraların olduğunu bilsə də, bu kameraların səsi də yazdığını bilmirdi.