Bakıda kişi qadını və 2 yaşlı uşağını oğurlayıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsinin sakini Gülxanım Yusifova Binəqədi Rayon Polis Şöbəsinə müraciət edərək, avqustun 5-də Eldar adlı birinin onun 19 yaşlı qızı Aytəni və 2 yaşlı nəvəsi Yusifi oğurladığını bildirib.
Qadının sözlərinə görə, kişi onun qızını evlənmək məqsədilə oğurlayıb.
Cinayət əməlini törətmiş şəxsin kimliyi müəyyənləşdirilir.