"Rabitəbank "Turisto Travel şirkəti ilə birgə müştərilər üçün xüsusi təkliflərlə yeni kampaniyaya başlayır. 01.08.2017 tarixindən 31.08.2017 tarixinədək "Turisto Travel -dan ödəniş qəbzi olan hər bir müştəriyə "Rabitəbank premium kartlarını 50%, "Nağd pul kreditini isə 2% endirimlə təklif edir. Kampaniyaya qoşulmaq üçün müştəri sadəcə "Turisto Travel-dan ödəniş qəbzinə sahib olmalıdır. Ödəniş qəbzi yalnız 01.08.2017 - 31.08.2017 tarixində olduqda kampaniya üçün keçərli sayılır.
"Rabitəbank müştərilərinə Master Card və VISA ödəniş sistemlərinin Gold, Platinum, VISA Kartmane, MasterCard Business, MasterCard Standard Debit Contactless kimi geniş ceşiddə debit və kredit kartlarını təqdim edir. Həmçinin "Rabitəbank-ın kredit kartları ilə hər ödəniş üzrə 30 günlük 0%-lik güzəşt müddəti də tədbiq edilir.
Eyni zamanda "Rabitəbank müştərilərinə özünün "Nağd pul kredit məhsulunu da təklif edir. "Nağd pul kreditilə müştərilər "Rabitəbank-dan 20 000 manatadək, sərfəli şərtlərlə kredit əldə bilərlər.
Ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura və ya bankın www.rabitabank.com saytına daxil ola bilərsiniz.