Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Yol qəzası nəticəsində ölən şəxs Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Yeganə Verdiyevadır.
Onu Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Bəhmən Cabbarov idarə etdiyi "Hyundai" markalı avtomobillə vurub.
Sürücü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.