Son 16 ildə Azərbaycanda dövlət qeydiyatına alınaraq motsiklet sürənlərin sayı azalıb.
Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, 2000-ci ildə Azərbaycanda 37 592 ədəd motosikl dövlət qeydiyyatına alınmışdısa, 2016-cı ildə bu say 34 302 ədəd azalaraq 3 290 ədədə çatıb.
Belə ki, 2010-cu ildə ölkəmizdə qeydiyyata alınan motosikletlərin sayı 1 643-ədəd olub ki, bu da əvvəlki 10 il və növbbəti 6 illə müqayisədə ən aşağı göstəricidir.
Mütəxxəsislər bunu son 16 ildə Azərbaycanda əhalinin gəlirlərinin artması və nəticədə xaricdən gətirilən avtomobillərin artması ilə əlaqələndirirlər.