Bakıda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

20-ci sahə adlanan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Məmmədov Elvir Azər oğlu özünü iplə asaraq intihar edib. Onun meyiti ekspertiza olunub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.