Qətər 80 ölkənin vətəndaşlarını viza almaqdan azad edib.
Unikal.org fins.az-a istinadən xəbər verir ki, Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.
İclasda danışan Turizm Şurasının sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.
Vizadan azad olacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini dilə gətirən İbrahimi araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağını bildirib.
Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir pul ödəməyəcəyi bildirilib.
Siyahıda Azərbaycanın da adı var.