2017-ci ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz azalması müşahidə edilib.
Unikal.org xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən trend-ə verilən məlumata görə, əhali arasında vərəmin yayılmasının qarşısını almaq üçün "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında qanunun əsas müddəaları, Səhiyyə Nazirliyinin vərəm xəstəliyinə dair qüvvədə olan əmr və Ümumdünya Səhiyyə Təşkilatının vərəmə nəzarət strategiyasının prinsipləri əsas götürülərək vərəm əleyhinə tədbirlər üzərində nəzarət işi davam etdirilib.