Bəzən xanımlar qarşı cinsin nümayəndələrinin onlara qarşı soyuq münasibətindən gileylənirlər. Bunun səbəbini kişilərin üzərinə atmadan öncə yaxşı düşünmək lazımdır. Bəlkə elə günah özümüzdədir?!
Unikal.org kişiləri qadınlardan soyudan 10 vacib səbəb təqdim edir.
1. Artıq çəki
Bu kəlimə çox qəddar səslənsə də, həqiqətdir. Artıq çəkidən qurtulmağa çalışmamaq kişini qadından soyuda bilər. Əziz xanımlar artıq çəki ilə mübarizə ilk növbədə sizin xeyrinizədir. Axı, bir sıra xəstəliklərin kökündə məhz bu problem durur. Bundan əlavə, normal çəki sizin özgüvəninizi artıracaq.
2. Həddən çox deyingənlik
Kişilər söhbətə fasilə verrməyi bacarmayan qadınları sevmirlər. Bəzi qadınlar isə deyinməyə və qeybətə çox meylli olurlar. Harada nə deyəcəklərini, hansı mövzünü müzakirə edəcəklərini bilmirlər. Odur ki, könlünü almaq istədiyiniz kişi ilə ünsiyyət zamanı daha diqqətli və qısamüddətli danışmaq məqsədəuyğundur.
3. Yumor hissinin kasadlığı
Kişilər etdikləri zarafatlara müsbət reaksiya veriləndə özlərini daha rahat hiss edirlər. Təbii ki, kişi və qadının yumor hissi fərqlidir. Lakin onların dedikləri hər şeyi ciddi qəbul etmək lazım deyil. Əgər bir kişi ilə münasibətlərinizi uğurlu şəkildə davam etdirmək istəyirsinizsə, onun zarafatında başqa məna axtarmadan sadəcə xoş reaksiya verin.
4. Münasibətlərdə yeknəsəqlik
Bəzən yeni tanış olduğunuz insanın yanında utanıb, çəkindiyinizə görə danışmaqdan tam imtina edirsiniz. Bu zaman qarşınızdakı danışıq qabiliyyətinizin kasadlığından şübhələnəcək. Məsələyə tam biganə, laqeyd qalmağınız sizinlə ünsiyyəti darıxıdırıcı edəcək. Odur ki, boş zamanlarınızda kitab oxumağa, dünyada baş verən hadisələr haqda məlumat toplmağa çalışsanız, daha yaxşı olar.
5. Həddən artıq "feministlik"
Bəzi xanımlar sevgi münasibətlərində öz güclərini və azadlıqlarını maksimal dərəcədə sübut etməyə çalışırlar. Xanımlar, bizim kişilərlə eyni hüquqa sahib olduğumuzu heç kim təkzib etmir. Lakin unutmayın ki, kişilərin təbiəti fərqlidir, onlar yanlarındakı qadının daha zərif, incə, həssas olmağını arzulayırlar. Əks halda bizim kişilərdən fərrqimiz qalmır.
6. Keçmiş sevgililərin təsiri
Münasibətlərinizdə problem baş verən kimi keçmiş sevgililərinizi düşünüb, onları müqaisə etməyin. Bu duruma nə kişilər, nə də qadınlar tab gətirmir. Odur ki, sevgilinizin də keçmişi haqda məlumat toplamağa can atmayın. Bu günlə yaşayıb, zövq almağa çalışın.
7. Romantika
Bu mövzu olduqca mübahisəlidir. Bəzən kişilər kimi xanımlar da romantikadan uzaq olurlar. Tərəf müqabilinin də bu qaydaya riayət etməyini gözləyirlər. Münasibətinizə dəyər verirsinizsə, onların zərif hisslərinə kobud reaksiya verməyin.
8. Kişiləri dəyişməyə vadar etməyin
Əziz xanımlar, kişilər dəyişilməyi sevmirlər. Onları buna vadar edərək, heç nəyə nail olmayacaqsınız. Əgər münasibətlərinizi soyutmaq istmirsinizsə, kişiləri olduğu kimi qəbul edin. Hətta belə bir istəyiniz varsa, onu incitmədən, münaqişə yaratmadan təkliflərinizi edə bilərsiniz.
9. Həddən artıq qayğı
Kişilər həddən artıq qayğını sevmirlər. Onların qayğısına qalmaq yaxşıdır, lakin həddi aşmamaq şərti ilə... Bu halda onlar sizə daha çox can atacaqlar.
10. Gözəllik salonları
Bütün kişilər baxımlı xanımları sevirlər. Ancaq bu o demək deyil ki, gözəllik salonlarında gününüzü itirməlisiniz. Əndazəni keçməmək şərtilə gözəlliyinizin qeydinə qalın.
Sonda isə qeyd etmək lazımdır ki, kişiləri cəlb edən xoş xasiyyət və mərhəmətdir. Çünki nə gözəllik, nə də gənclik əbədi deyil.(publika.az)