Adanada özünü həkim olaraq tanıdıb, 4 adama plomb və botoks edən "saxta estetik cərrah" həbsxanadan qaçıb.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, sözügedən ittihamlara görə, Adana 3-cü Cəza Məhkəməsində mühakimə olunacaq Soner G.-nin 1 avqusta təyin edilən məhkəməsi ertələnib. Səbəb isə onun başqa cinayət əməlinin ortaya çıxması olub. Belə ki, məlum olub ki, Soner G. oğurluqda ittiham edilərək barəsində 5 il 3 aylıq şərti azadlıqdan məhrum etmə cəzası var. Sonuncu ittiham da üzərinə gəldikdə, məhkəmə onun şərti cəzasını həbslə əvəzləyib.

Və qərara alınıb ki, Soner G.-nin özünü həkim kimi təqdim edərək insanların sağlamlığına ziyan vurması ilə bağlı iddialara oğurluqla bağlı cəzası tamamlandıqdan sonra baxılsın.

Azərbaycanda oxuyan türk "həkim"in daha bir silikon qurbanı üzə çıxdı - FOTO
Soner G. cəzasını çəkməsi üçün Adana Açıq Cəza Təcridxanasına göndərilib.

Soner G. cəzasını çəkməsi üçün Adana Açıq Cəza Təcridxanasına göndərilib.

Həbsxanada axşam yoxlaması zamanı Soner G.-nın qaçdığı məlum olub.

Qeyd edək ki, Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona dodaq silikonu etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.