Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında "Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.
Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın HDQ-nin "G-124 gözətçi gəmisi və Rusiya HDD-nın "Qrad Sviyajsk kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.
İran HDQ-nin "Cövşən raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin "Sarıarka raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.