CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 53,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,24 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 53,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 9-da 50,86 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 9-da 51,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel azdır.