"Nar çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırıb.
"Nar"dan unikal.org-a daxil olan məlumata görə, mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə "Nar operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazanıblar.
"Nar operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov gəncləri təbrik edərək, onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb: "Bu böyük uğura imza atmış gənclərimizi "Nar adından təbrik etmək bizi çox fərəhləndirir. Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək.
Qeyd edək ki, təhsil "Nar operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş "Nar GSM laboratoriyası yaradıb, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görüb. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.