Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq avqustun 13-dən 22-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a məlumat verilib.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə etmək mümkündür.
