Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) "Ətraf mühitin mühafizəsi haqqında qanunun tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.
Bu barədə Unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin əməkdaşlarının Quba royununda keçirdiyi nəzarət tədbirləri zamanı Sahil Ağamuradovun qırğıkimilər fəsiləsindən olan və adı "Qırmızı Kitaba düşmüş vəhşi quşu təbiətdən ayırmaqla gəlir mənbəyi məqsədilə istismar etdiyi müəyyən olunub.
Araşdırma zamanı vəhşi quşun saxlanılması üçün Qusar rayon sakini S.Ağamuradovun quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o inzibati qaydada 400 manat məbləğində cərimələnib. Vəhşi quş təbiətə buraxılıb.