Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidməti üç ali təhsil müəssisəsi və bir filialın lisenziyasını tamamilə ləğv edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, llisenziyası ləğv edilən ali təhsil müəssisələri Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Vladimir Biznes İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutudur.

Lipetsk İqtisadi-Hüquq İnstitutunun Boronej filialının da lisenziyası ləğv edilib.

Qərara görə, bu ildən bu ali təhsil müəssisələrinə qəbul keçirilə bilməz, ancaq tələbələrin təhsili davam edəcək. Tələbələrə həmin institutları uğurla bitirmələrinə dair diplom veriləcək.