Müasir multiplikasiya filmlərinin uşağın psixikasına olan mənfi təsirindən çox yazılıb.
Unikal.org saglamolun.az-a istinadən xəbər verir ki, pediatr və uşaq nevropatoloqları belə multfilmləri uşağın normal inkişafı üçün çox ciddi təhlükə yaratdığını bildirir.
Loqopedlər də tez-tez bu multfilmlərin ziyanlarından danışır. Belə ki, rus loqoped-defektoloq Yelena Truşeva "Zdorovye" jurnalına müsabiqədə bildirib ki, nitqi yeni formalaşan və ümumiyyətlə kiçik yaşlı uşaqlar üçün müasir multfilmlər əsl təhlükə mənbəyidir.
Həkim deyir: "Baxın, qəhrəmanların bir çoxu düzgün və səlis danışmır. Biri "ş", digəri "r", o biri "l" səsini düz tələffüz etmir. Bəzi multfilmlərin qəhrəmanları kəkələyir. Bu əls faciədir! Mən başa düşə bilmirəm, bu multfilmlərin müəllifləri bunları hansı məqsədlə edir?! Təzə-təzə danışmağı öyrənən uşaq "multik"lərin qəhrəmanlarının nitq xüsusiyyətlərini özünə "qubka" kimi hopdurur və nəticədə uşaqdan pəltək formalaşır".
"Biz mütəxəssislər yaxşı bilirik ki, ailə üzvlərindən, qohumlardan biri kəkələyəndə bu ailədə böyüyən uşağın kəkələmək riski yüksək olur. Bu səbəbdən biz uşaqların belə ailə üzvü ilə mümkün qədər az təmasda olmağı tövsiyə edirik".
"Valideynlər uşağın baxdığı multfilm qəhrəmanlarının nitqinə mütləq fikir verməlidir".