Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Kadis klubunu tərk edəcək.
Unikal.org "Reporta istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində Sequndada (II divizion) çıxış edən digər iki klub - "Luqo və "Alkarkon maraqlıdır.
Məlumata görə, E.İsrafilov üçün ən uyğun varinat "Alkarkondur. Çünki yığma üzüvü daha əvvəl hazırda bu komandanın baş məşqçisi olan Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə "Mursiyada işlədiyi vaxta təsadüf edib.
Qeyd edək ki, E.İsrafilov ötən ilin avqustunda "Kadisə keçib. O, daha əvvəl "Mursiya, "Qranada, "Eybar və "Kordobanın formasını geyinib.