Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Qəbələ"yə uduzan "İnter"in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, gürcü mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:
- Uşaqlar çalışdılar. Nə bacarırdılarsa, etdilər. Heç-heçə etmək olardı. Məğlubiyyətə baxmayaraq, pis oynamadığımızı düşünürəm. Daha çox işləməliyik. Sonra necə olacağını zaman göstərəcək.
- Oyundan öncə hesab təxmininiz necə idi?
- Komandamın bugünkü oyunda bütün gücünü meydanda qoymasını istəyirdim ki, onu da etdilər. Sona kimi "vuruşdular". Bir-birimizə söz vermişdik. Düzdü, bir qədər artıra da bilərdilər. Oyun heç-heçə də ola bilərdi.
- Rauf Əliyev gedərkən sizdən hallalıq aldı?
- Srağagün məşqə gəldi. Onunla tez-tez ünsiyyət saxlayırdıq. Ancaq onun belə tez gedəcəyini gözləmirdik. Raufun ölkə xaricində oynamaq istəməsi pis deyil, yaxşıdı. Amma onun klubla müqaviləsi var və hazırda da danışıqlar gedir. Gedəsi olsa, ona yalnız uğurlar arzulayaram. İstəyərdim ki, millidə oynasın. Klub rəhbərliyi deyir ki, onunla müqaviləmiz var, ancaq Rauf deyir ki, müqaviləm yoxdu. Bu məsələni rəhbərlik həll edəcək.
- Rauf Əliyevlə bağlı yaşanan problem digər oyunçularla da baş verməz ki?
- Yox, aparıcı futbolçuların hamısının klubla müqaviləsi var. Ancaq Raufda müqavilədə bir qədər fərqli idi. Bildiyim qədər ilə digər oyunçuların hamısının bizimlə müqaviləsi var.
- Komandada sadəcə, bir hücumçu (Pərdis Fərcad Azad) var. O da getsə, əvəzedicilərdən hücumçu dəvət edəcəksiz?
- Allah eləməsin belə şey olsun. O da getsə, komandada hücumçu yalnız Mirsahib Ababsov qalacaq