Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır.
"The Next Web nəşrində dərc edilmiş "We Are Social və "Hootsuite platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb.
Unikal.org publika.az-a istinadən bildirir ki, hazırda dünyada ən böyük sosial şəbəkə "Facebook-dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün "Facebook-a daxil olur.
Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən "YouTube video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri "WhatsApp, "Facebook Messenger və "WeChat messencerləri tutublar.
"Telegram messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə "VKontakte sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.