Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.
Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq.
Ardıcıl 4 dəfə ölkə çempionu olan "Qarabağ qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə "Kopenhagenlə görüşəcək. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayacaq.
Qeyd edək ki, "Qarabağla "Kopenhagen arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust
20:00. "Qarabağ (Azərbaycan) - "Kopenhagen (Danimarka)
Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu