Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Unikal.org xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ öz meydanında "Kopenhageni sınağa çəkib.
Unikal.org xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ öz meydanında "Kopenhageni sınağa çəkib.
Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb. Oyunda komandamızın qələbə qolunu 26-cı dəqiqədə Mahir Mədətov vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.