Gənc sürücülərin daha çox üstünlük verdiyi ''Led'' lampalar ''ksenon'' kimi gecə vaxtı ətrafı ağ rəngə boyayır.
Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, son vaxtlar sözügedən lampalar o qədər sürətlə yayılıb ki, bazarda satıcılar da təlabatın çox olduğunu deyirlər. Satıcıların sözlərinə görə, gün boyu həmin lampadan 5-6, həftə sonu isə 15 cüt satılır.
Satıcılar deyir ki, ''led'' lampaların heç bir təhlükəsi yoxdur. ''ksenon''dan fərqli olaraq lampa qızma və yaxudda yanma riski yaratmır.
Ustalar isə deyir ki, bu cür lampaları alarkən onun voltuna diqqət etmək lazımdır. Yəni maşının üstündəki lapmanın voltundan artıq qoymaq istənilən halda avtomobil üçün təhlükədir. Alıcıların əksəriyyəti isə bu cür ağ vuran işıqların gecə vaxtı yaxşı görsəndiyi üçün aldıqlarını deyirlər.