""Qarabağ dünən adına layiq oyun nümayiş etdirdi. Nəyi gözləyirdiksə, o da oldu.
Unikal.org xəbər verir ki, bunu azvision.az-a millət vəkili Aqil Abbas "Qarabağ" klubunun "Kopenhagen üzərindəki qələbəsini şərh edərkən deyib.
Deputat bildirib ki, oyunu ölkə xaricində izləyib. ""Qarabağ daha çox qol vura bilərdi. Alınmadı, şansdır. Ancaq möhtəşəm, adına layiq oyun nümayş etdirdi. Qələbə ilə bütün Azərbaycan xalqını sevindirdi. Oyunu ölkədə olmadığıma görə televiziyadan izlədim. Çox əla qol idi. Qələbə münasibətilə zəng edib Qurban Qurbanovu, futbolçuları , "Qarabağ" komandasının direktoru Əmrah Çəlikəli təbrik etdim.
A. Abbas "bir dəfə demişdiniz ki, "Qarabağ qalib gələsə, qonaqlıq verərəm. Sözünüz hələ də qüvvədədir? sualına belə cavab verib: ""Qarabağ qələbə qazandı, qazanmadı mən hər gün qonaqlıq verərəm. Kopenhagendəki oyunu gözləyirəm. İnşallah orada da qələbə qazanarıq. Kim istəyərsə, onda qonaqlıq verə bilərəm. İnanıram ki, komandamız qalib olacaq. Bakıda olsaydım məmnuniyyətlə komanda ilə birlikdə Kopenhagenə gedərdim. Dəfələrlə xaricə gedib komandamızın oyunlarını izləmişəm. Ümid edirəm ki, Avropada yaşayan azərbaycanlılar türk qardaşlarımız "Qarabağı tək qoymayacaqlar.