Ənənəvi içkimiz olan çay çoxsaylı faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir.
Unikal.org bildirir ki, lakin bir sıra xəstəliklər zamanı bu içkinin istehlakı ziyanlıdır.
- Qastrit, mədə və 12 barmaq bağırsağı xorası, reflüks kimi həzm
sistemi xəstəlikləri zamanı, xüsusilə onların kəskinləşməsi dövründə
çayın istehlakı ziyanlıdır. Çay mədənin turşuluğunu artırır ki, bu hal
da xəstəliyin gedişatını ağırlaşdırır.
- Bəzi böyrək xəstəlikləri, böyrək daşı xəstəliyi zamanı çayın
istehlakını azaltmaq lazımdır. Sidikqovucu təsirə malik olan çay
böyrəklərə düşən gərginliyi artırır.
- Yaşlı insanlarda sümük xəstəlikləri (xüsusilə osteoporoz) zamanı çayın
həddindən artıq istehlakı ziyanlıdır ki, çay sümüklərdən kalsiumun
yuyulmasını sürətləndirir .
- Yuxusuzluq, aritmiyalar, hipertoniya zamanı da çayın istehlakı ziyan
vura bilər ki, tərkibində kofein olan çay qıcıqlandırırcı təsir edir və
həmçinin ürək döyünməsinin tezliyi və təzyiqi artırır.
- Qanazlığı zamanı çay içmək tövsiyə edilmir ki, çay yeməklərdən dəmirin və zülalların mənimsənilməsinin qarşısını alır.
- Hamiləlik zamanı da çayın istehlakını minimuma çatdırmaq lazımdır ki,
çay ürək və böyrək üçün əlavə gərginlik yaradır. Hamiləlik zamanı isə bu
orqanlar onsuz da əlavə gərginliklə çalışır. Yapon alimlərinin
araşdırmaları göstərib ki, hamiləlik zamanı çoxlu çay içən (bu həm qara,
həm də yaşıl çaya aiddir) qadınların uşaqlarının bədən çəkisi az olur.