Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xəttinə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu, Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı "maşın bazarının ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin "Üzeyir-2 kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli "məcburi göstəriş verilib.
İnzibati xəta törətdiyinə görə "Üzeyir-2 kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai rayon məhkəməsinə göndərilib.