Bakının, o cümlədən Abşeron yarımadasının bir sıra ərazilərində sürüşmə zonaları aktivləşib. Sürüşmə sahələrinin yeni tərtib edilən albomunda Bakının 14 ərazisi təhlükəli sürüşmə sahəsi kimi qeydə alınıb. Həmin ərazilərdə isə hər hansı bir tikinti işlərinin aparılması qadağandır. Amma buna baxmayaraq bəzi ərazilərdə hələ də tikinti işləri davam edir.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Abşeron yarımadasının və Bakının 14 zonasında sürüşmə təhlükəsi hələ də qalmaqdadır. Bakının bu ərazilərində hər hansı tikinti işlərinin aparılması qadağandır.