Sumqayıtda 5 yaşlı uşağın it dişləməsi nəticəsində quduzluq xəstəliyindən ölməsi barədə xəbərlər sosial şəbəkədə geniş müzakirə olunur.
Quduzluq nədir?
Quduzluq zoonoz infeksiyadır və onun virusununəsas rezervuarı ət yeyən heyvanlar: tülkülər, çaqqallar, canavarlar (təbii epizootiyalar) və həmçinin ev heyvanları: itlər, pişiklər (şəhər epizootiyaları) sayılırlar. Yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüklərinə infeksiyalaşmış ağız suyunun bulaşması ilə baş verir. İnsandan bir qayda olaraq virus ötürülmür. Virus inkubasiya dövrünün sonuncu 7-10-cu günündən başlayaraq bütün xəstəlik dövrü ifraz olunur. İnsan bir çox yırtıcı heyvanlardan fərqli olaraq daha həssasdır. Xəstəliyə yoluxma halları ən çox kənd əhalisi arasında və xüsusən də uşaqlarda, mövsumi olaraq yaz-payız aylarında çox rast gəlinir.

Sumqayıtdakı hadisəyə gəlincə, A.Qeybulla deyib ki, həkimlər bununla bağlı konkret rəy verməlidirlər: "Dişləyən itin üzərində müşahidə aparılmalıdır. Hər halda ölüm halı araşdırılmalıdır. Bu ya vaksinin özündən əmələ gələn quduzluqdur, ya da xəsəlik kimi itdən keçmiş quduzluqdur. Bununla bağlı həkimlər konkret rəy verməlidirlər.