Son vaxtlar "Lider televiziyasında ixtisarların aparılması, tanınmış aparıcıların işdən uzaqlaşmasıyla bağlı demək olar ki, hər gün bir informasiya yayılır. Əmək haqlarının gecikməsi və bəzi verilişlərin bağlanması da yayılan informasiyalar sırasındadır.

Televiziyanın mətbuat xidmətindən unikal.org-a daxil olan məlumatda yayılan informasiyaların bir qisminə aydınlıq gətirilib. Məlum olub ki, bəzi verilişlərin dayandırılması xəbəryönümlü yeni layihələrin başlanması ilə əlaqədardır: ""Lider TV-nin fəaliyyətə başlamasının 17-ci ilidir. "Lider yarandığı gündən Azərbaycan izləyicisinə maraqlı intellektual və maarifləndirici proqramlar, operativ informasiya buraxılışları təqdim edib. Eyni istiqamətdə fəaliyyətini davam etdirən telekanal yeni mövsümdə informasiya buraxılışlarının sayını artıracaq. Bu da izləyicisinə daha dinamik və operativ xəbər təqdim etmək imkanları yaradacaq.

Bu səbəbdən də "Səda İnformasiya Departamenti genişləndirilir.

Telekanalın analitik və maarifləndirici verilişləri yeni mövsümdə də davam edəcək. Eyni zamanda "Liderin efirində bu tip yeni verilişləri də görəcəksiniz.

Qeyd edək ki, Lider TV productionlara dəstək olmaq məqsədi ilə peşəkar şəkildə hazırlanmış və telekanalın prinsiplərinə uyğun verilişlərə efir verməyə hazırdır.