Türkiyəli müğənni Hande Yenər Azərbaycana gəlir.
Unikal.org xəbər verir ki, ifaçı bu barədə özü sosial şəbəkədə xəbər yayıb. Konsert verəcəyi şəhərlərin siyahısını paylaşan Handenin Naxçıvanda çıxış edəcəyi bəlli olub.
İfaçı sentyabrın 7-də orada yerləşən otellərdən birində səhnəyə çıxacaq.