Dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanılı son mənzilə yola salınıb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı yaşadığı Kürdəxanı kəndinin qəbiristanlığında dəfn olunub.
Onunla vidalaşmağa gələnlər arasında meyxanaçı dostları yer alıblar.
Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan sənətçi 1961-ci ildə anadan olub. O heç vaxt ailə qurmayıb.