Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb.
Unikal.org-un "Frans Pressə istinadən verdiyi xəbərə görə, Qəzzanın "Samer kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş "On gün tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri tam olaraq Qəzzada həyata keçirilib.
"Samer kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.