Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
Unikal.org-un məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova apa-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub.
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.