Fövqəladə Hallar Nazirliyi (FHN) hərbi hissənin silah anbarında baş verən yanğın və partlayışla əlaqədər son vəziyyəti açıqlayıb.
Unikal.org xəbər verir ki,nazirliyin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov azvision.az-a bildirib ki, hadisə yerinə 12 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
"Əməkdaşlarımız qərargahda insanların təxliyə olunmasında iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün lazımı işlər görülür. Hadisə ilə bağlı son məlumatlar bundan ibarətdir. Əlavə məlumat veriləcək".