Bakıda "Koroğlu" metro stansiyası yaxnlığında piyadanın vurulması hadisəsi qeydə alınıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrosundan Dərnəgül istiqamətində gedən yolda baş verib. 10-LO-787 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobil orta yaşlı qadını vurub. Yaralı piyada ətrafdakıların köməkliyi ilə sürücünün avtomobilinə yerləşdirilərək xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza baş verən ərazidə yolun hər iki tərəfində avtobus dayanacağı olsa da, piyada keçidi yoxdur.